Haqqımızda

Stellar Business Solutions

Biz kimik?

“Stellar Business Solutions” idxal-ixrac əməliyatlarını dəstəkləmək və təşviq etmək üçün yaradılmış şirkətidir. Əsas fəaliyyət istiqamətləri gömrük təmsilçiliyi, gömrük broker və logistika xidmətlərindən ibarətdir.

Təchizat zənciri dövriyyənizi tamamlamaq üçün gömrük rəsmiləşdirilməsi və normativlərə uyğunluq yardımı təklif edirik.

Peşəkar komandamız, operativliyimiz və iş prinsiplərimizə sadiqliyimiz  sayəsində tərəfdaşlarımız arasında etibarlı partnyor kimi özümüzü doğrultmuşuq.

Biz müştərilərimiz ilə uzunmüddətli əməkdaşlıq etməyi düşünürük. Bunun da tək yolu onların rahatlığını təmin etməkdir. Biz sizin üçün bu öhdəçiliyi götürməyə  bütün gücümüzlə hazırıq.

Sizin biznes problemlərinizə optimal həllər təklif edirik.

___________________________________

NİYƏ BİZ ?

Bütün prosedurları sürətli həll edirik. Heç bir iş prosesi eyni deyil, biz əməkdaşlıq etdiyimiz hər kəsin tələb və tempinə cavab verəcək qədər elastik və çevikik. Prinsiplərimiz dəyişməzdir və çalışdığımız mühitdəki rolumuza görə tam məsuliyyəti üzərimizə götürürük.

Missiyamız

  • Strateji biznes tərəfdaşı olaraq bizim missiyamız biznes liderlərini, əməliyyatlarını qoruyan, performanslarını gücləndirən və davamlı gəlir artımını dəstəkləyən xüsusi hazırlanmış həllər ilə silahlandırmaqdır.

Vizyonumuz

  • Azərbaycanda, öz sahəmizdə ən güvənilir və sürətli biznes partnyoru kimi tanınmaqdır.

Dəyərlərimiz

  • Ailə – Birlikdə işlədiyimiz insanları ailə üzvləri kimi qəbul edirik.
  • Şəffaflıq – Dəqiq və etik fəaliyyət göstəririk və yüksək standartlarda cavabdehlik daşıyırıq.
  • Dürüstlük – Dürüstlük etimad yaradır. Bir təşkilat olaraq, bu bizim ən dəyərli sərvətimizdir.
  • Məxfilik – Emal etdiyimiz və ya idarə etdiyimiz şəxsi məlumatlarınızın konfidiensallığını və təhlükəsizliyini qorumaq üzrə öhdəlik daşıyırıq.
  • Davamlılıq – Firmamızın davamlılığını və uğurunu təmin etmək üçün ağıllı işləyirik, komandamızın qayğısına qalırıq.
  • Əzmkarlıq – Tərəfdaşlarımızın uzunmüddətli uğurunu təmin etmək üçün maneələri yıxırıq.