Stellar Business Solution

Azərbaycan Respublikası gömrük fəaliyyəti zonasında yaradılmış müasir gömrük təmsilçiliyidir

Məlumat almaq istəyirsiniz?

Sualınızı bizə yazın, bir neçə dəqiqə sonra cavablandıraq.

    “Stellar Business Solution”

    “Stellar Business Solution” ixtisaslaşmış gömrük təmsilçiliyi Azərbaycan Respublikası gömrük fəaliyyəti zonasında yaradılmış, peşəkar işçi qüvvəsi ilə operativlik, şəffaflıq, məsuliyyət və rahatlıq prinsipləri əsasında, tam gömrük təmsilçilik xidmətləri təşkilini həyata keçirir. “ Stellar Business Solution ” Gömrük Təmsilçiliyi dünya standartlarına cavab verən müasir gömrük təmsilçisidir.

    Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir.

    Ən son yeniliklər

    Xəbərlər

    FAQ (Sual-Cavab)

    Tez-tez verilən suallar

    BROKER KİMDİR?

    Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Gömrük brokeri öz fəaliyyətini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və Azərbaycan Respublikasının Gömrük Komitəsinin qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir. 

            Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. 

            Qeyd etmək lazımdır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrin gömrük rəsmiləşdirilməsi məqsədi üçün gömrük brokeri bəyannaməçi rolunda çıxış edərək qeyd olunan yüklər və nəqliyyat vasitələri üzrə gömrük bəyannamələri tərtib etmək iqtidarındadır.

    AVTOMOBİLLƏRİN GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNİ HƏYATA KEÇİRİRSİNİZ?

    “Stellar Business Solution”  Gürcüstan, Almaniya, Koreya, ABŞ və digər ölkələrdən  alınan avtomobillərin gömrük rəsmiləşdirilməsini həyata keçirir.

    ONLAYN XİDMƏT GÖSTƏRİRSİNİZ?

    Bəli, “Stellar Businees Solution” online xidmət göstərir. Gömrük bəyannamələrinizin ən qısa vaxtda hazır olması üçün işdən və evdən ayrılmadan sənədlərinizi elektron poçt ünvanımıza göndərməyiniz kifayətdir.

    QISA İDXAL BƏYANNAMƏSİ HANSI HALLARDA TƏQDİM OLUNUR?

    Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə müvafiq olaraq, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.

    SMART CUSTOMSDA SƏHV BƏYAN ETMİŞƏM VƏ MALIM GÖMRÜKDƏ QALIB, KÖMƏKLİK EDƏ BİLƏRSİNİZ?

    Smart Customda səhv bəyan edilmiş mallar gömrük saxlancında qaldığı hallarda onların  gömrük ərazisindən çıxarmasına köməklik göstərir.

    BİZİMLƏ ƏMƏKDAŞLIQ EDƏN ŞİRKƏTLƏRİN BİR QİSMİ